Rusiyada sürücünün ayaqları istiqamətində atəş açan mühafizəçi SAXLANILDI – VİDEObackend

Rusiyada sürücünün ayaqları istiqamətində atəş açan mühafizəçi SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peterburqda əraziyə giriş üstündə mübahisə atəş açılması ilə nəticələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqun Tolubeyevski keçidində evin ərazisinə girişlə bağlı mühafizəçi ilə VAZ markalı avtomobilin sürücüsü arasında mübahisə yaranıb.

Mübahisə zamanı 40 yaşlı özəl mühafizə əməkdaşı siqnal tapançasını çıxararaq sürücünün ayaqları istiqamətində atəş açıb.

Şübhəli şəxs hadisədən qısa müddət sonra saxlanılıb, silah müsadirə edilib.

Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az