Rusiyalı feministi öldürən suriyalıya Türkiyə məhkəməsi BƏRAƏT VERDİ – FOTObackend

Rusiyalı feministi öldürən suriyalıya Türkiyə məhkəməsi BƏRAƏT VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı feministi öldürən suriyalıya Türkiyə məhkəməsi bəraət qazandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Anastasiya Yemelyanova Rusiyanı tərk edərək sevgilisi, 29 yaşlı suriyalı Məhəmməd Nizar Arnabehlə Türkiyədə yaşayıb.

Onun meyiti Ərzurumda kirayədə qaldığı mənzildə tapılıb.

Əvvəlcə kişi sevgilisini öldürdüyünü etiraf edib. Onlar mübahisə ediblər, onu itələyib, Nastya şüşə masanın üstünə yıxılıb. Kişi şüşə parçası ilə onun ayağına bir neçə dəfə zərbə endirib.

Lakin sonradan həmin şəxs ifadəsini dəyişərək Yemelyanovanı artıq ölü tapdığını iddia etməyə başlayıb. Prokurorluq ona ömürlük həbs cəzası istəyib. Məhkəmə həmin şəxsə bəraət verib.

Xuraman Etibarlı

İnterpress.az