Rusiyanın ən yaşlı sakini vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Klavdiya Qadyuçkina çar II Nikolayın hakimiyyətini və iki inqilabı görmüşdü.
Məlumata əsasən, Rusiyanın ən yaşlı sakini Klavdiya Qadyuçkina 114 yaşında dünyasını dəyişib. O, 1910-cu ildə Yaroslavl quberniyasının kəndlərindən birində anadan olub.
Klavdiya Mixaylovna uzunömürlülüyə görə Avropa reytinqlərində yer alırdı. 2024-cü ilin yazında o, öz sələfini geridə qoyaraq Rusiya tarixində yaşamış ən yaşlı qadın titulunu qazanmışdı.
Bildirilir ki, ötən gün halı pisləşən qadın aşağı qan təzyiqi diaqnozu ilə xəstəxanaya çatdırılıb və elə oradaca vəfat edib.
Xuraman Etibarlı
İnterpress.az






