“Rüstəmlər, Alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər” – Elxan Şahinoğlubackend

“Rüstəmlər, Alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər” – Elxan Şahinoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aleksey Avdeyevin Azərbaycanın iradlarını nəzərə alacağını söyləmək mümkün deyil”.

İnterpress.az xəbər verir ki, bunu Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunmasının Azərbaycanın maraqlarına təsirlərini dəyərləndirən Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Rüstəm Muradovun yerinə təyin olunan sözügedən şəs heç də Azərbaycan maraqlarına uyğun fəaliyyət göstərməyəcək:

“Rüstəm Muradov Dağıstan doğumlu idi. Aleksey Avdeyev də müsəlmanların əhatəsində böyüyüb. O, 1967-ci ildə Daşkənddə anadan olub. Bu, Rusiyanın ənənəvi siyasətidir. Elə təmsilçilər təyin edir ki, ixtilaf doğurmasın. Ancaq önəmli olan “sülhməramlılara” komandanlıq edənin harda doğulduğu və isminin Rüstəm olması deyil. Rüstəmlər, Alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər, Müdafiə Nazirliklərinin tapşırıqlarını yerinə yetirirlər. Əgər Moskvadan “erməni separatçılarının lideriylə təmasda olun”, “Qarabağdakı ermənilərin sosial problemlərinin həllində fəal olun, infrastruktur çalışmalarında yer alın” təlimatlarını alırlarsa, bu əmrləri yerinə yetirməlidirlər. Ona görə də Alekseyin Rüstəmdən fərqli olacağını, Azərbaycanın iradlarını nəzərə alacağını söyləmək mümkün deyil. Biz öz işimizi görməliyik”.

Gülşən