Google Play “Rutube” tətbiqini yalnız ABŞ-da əlçatan edib, artıq Rusiyada mövcud deyil!
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Artıq Google Play-də Rusiyanın “Rutube” video hostinq proqramını yükləmək mümkün deyil.
Proqramın yaradıcıları qeyd ediblər ki, çaşqınlıq səbəbindən onu indi yalnız ABŞ-də Google Play-dən yükləmək olar.
Onlar qeyd edirlər ki, Google sanksiyalarla qarışıb və Rutube-a sərt məhdudiyyətlər tətbiq etmək əvəzinə, ABŞ-dən başqa bütün ölkələrdə tətbiqi bloklayıb.
Xatırladaq ki, avqustun əvvəlində “Rutube” üçüncü dəfə tətbiqlər mağazasından çıxarılıb.
Xuraman Etibarlı
İnterpress.az