Sabir Rüstəmxanlı: “Uşaqpulu”bərpa olunmalıdırbackend

Sabir Rüstəmxanlı: “Uşaqpulu”bərpa olunmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İnterPress xəbər verir ki, son günlər geniş müzakirə olunan sosial təminat və uşaqpulu ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən müzakirələrdə öz fikrini bildirmişdir. Təəssüf ki, bəzi şəxslər sosial şəbəkələrdə S.Rüstəmxanlıya aid olmayan fikirləri onun adından paylaşaraq cəmiyyətdə yanlış rəy yaradır. Sabir Rüstəmxanlının Milli Məclisin 20 avqust 2020-ci il tarixli stenoqramında yer alan çıxışını olduğu kimi diqqətinizə çatdırırıq: Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: “Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır”.

 

 

İnterpress.az