Şahbuz rayonunda ölüm hadisəsi baş veribbackend

Şahbuz rayonunda ölüm hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 26-sı saat 1 radələrində Şahbuz rayonunun Daylaqlı kəndi ərazisində qeydə alınıb.

Babək rayon sakini Ü.Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə Şahbuz şəhər sakini E.Salmanzadəni və Daylaqlı kənd sakini S.Bəşirlini vurub.

Nəticədə E.Salmanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada xəstəxanaya yerləşdirilib.

Şahbuz RPŞ tərəfindən araşdırma aparılır.

 

 

İnterpress.az