Şamaxıda iki avtomobil toqquşub, yaralılar varbackend

Şamaxıda iki avtomobil toqquşub, yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində 90-HV-905 dövlət nömrə nişanlı “Nissan” markalı minik avtomobili ilə qarşı tərəfdən gələn 90-BB-478 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı 2010-cu il təvəllüdlü Namazlı Rəvan Siyavuş oğlu, 1985-ci il təvəllüdlü Mikayılov Anar Əfsər oğlu və 1983-cü il təvəllüdlü Namazov Siyavuş İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

İnterpress.az