Sarik Andreasyan “Enjoy Movies” studiyası iflasa uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata əsasən, rejissor Sarik Andreasyan “Şaxta baba. Sehrbazların döyüşü” (“Ded Moroz. Bitva maqov”) filminin kassadakı fiaskosuna görə 50 milyon rubl borcu qaytarmaqdan xilas olub. Onun “Enjoy Movies” studiyası iflas etdiyi üçün borcları ödəməyə heç kim tapılmayıb.
Bildirilir ki, film uğursuzluğa düçar olduqdan sonra tərəfdaş “Angel” studiyası “Kino Fondu”na 60 milyon rubl qaytarmaq məcburiyyətində qalıb və zərəri kompensasiya etmək üçün “Enjoy”dan təxminən 50 milyon rubl tələb edib. Lakin Andreasyan qardaşları hələ 2017-ci ildə şirkəti tərk edərək borc yükünü geridə qoymuşdular.
Kreditorlar öhdəlikləri şirkət direktorları Yana Dryumova və Angelina Pavliçenkonun üzərinə yükləməyə, borcu onların daşınmaz əmlakı və avtomobilləri hesabına ödətdirməyə çalışıblar. Lakin 2025-ci ilin dekabrında Arbitraj Məhkəməsi gözlənilməz qərar verərək onları məsuliyyətdən azad edib.
Xuraman Etibarlı
İnterpress.az






