Bu gün rusiyalı komediya aktyoru Nurlan Saburov Moskvanın Şeremetyevo hava limanında saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Nurlan Saburov müəyyən olunmuş müddət ərzində Rusiyanı tərk etməli olacaq.
O, həmçinin 5500 rubl (təxm. 116 man) cərimə olunub.
Bundan sonra stand-up komediyaçısı bütün lazımi prosedurları tamamladıqdan sonra ölkəyə qayıda biləcək.
Komediyaçı bunu etməsə, deportasiya olunacaq və Rusiyaya girişi qadağan ediləcək.
Xuraman Etibarlı
İnterpress.az