Serbiya mətbuatında 31 mart soyqırımından bəhs edilibbackend

Serbiya mətbuatında 31 mart soyqırımından bəhs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yerli mətbuatda “Azərbaycanlıların soyqırımının 103-cü ildönümü” sərlövhəli məqalə dərc olunub.
Məqalədə 1918-ci il 31 mart – 3 aprel tarixlərində Stepan Şaumyanın rəhbərliyi ilə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir, Qarabağ, Zəngəzur, Naxçıvan, Göyçə və digər bölgələrdə törətdikləri dəhşətli soyqırım aktı barədə ətraflı məlumat verilib. Bu kütləvi qırğın zamanı minlərlə dinc azərbaycanlının qətlə yetirildiyinə, tarixi memarlıq binalarının, mədəniyyət abidələrinin, kəndlərin və şəhərlərin, məscidlərin və qəbiristanlıqların vəhşicəsinə dağıdıldığına, yandırıldığına diqqət cəlb edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə dəhşətli soyqırıma siyasi və hüquqi qiymət verildiyi, hər il 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi yad edildiyi, Quba şəhərində kütləvi məzarlıq aşkar ediləndən sonra Prezident İlham Əliyevin sərəncamı ilə bu şəhərdə Quba Soyqırımı Memorial Kompleksi yaradıldığı nəzərə çatdırılıb.
Mart soyqırımının indiyədək beynəlxalq səviyyədə siyasi və hüquqi qiymətini almadığından təəssüf ifadə edilib: “Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları 1918-ci ilin 31 mart – 3 aprel tarixlərində azərbaycanlılara qarşı törədilən soyqırımı barədə susmamağa, bu dəhşətli cinayəti beynəlxalq səviyyədə soyqırım aktı kimi tanımağa, qətiyyət və ədalət nümayiş etdirməyə çağırırıq”, – deyə bildirilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxümaq mümkündür:
https://www.danas.rs/svet/obelezavanje-103-godisnjice-genocida-nad-azerbejdzancima/

 

İnterpress.az