Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda tətbiq olunacaq məhdudiyyətlər açıqlanıbbackend

Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda tətbiq olunacaq məhdudiyyətlər açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir.

İnterpress.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

-həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

-nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;

-ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

-muzey və sərgi zallarının fəaliyyəti;

-bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

-açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.

 

İnterpress.az