Sidneydə baş verən atışmanın ilk qurbanları yəhudi cütlük olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Terrorçunun silahını almağa çalışan ər-arvad güllələnib.
Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində törədilən terror aktının ilk qurbanlarının kimliyi məlum olub. Bunlar Rusiya əsilli yəhudi cütlük – 69 yaşlı Boris və 61 yaşlı Sofiya Qurmandır.
Məlumata görə, ər-arvad terrorçu ata və oğulun hücumu zamanı əsl qəhrəmanlıq nümayiş etdiriblər.
Onlar terrorçu Sacid Əkrəm avtomobildən düşən zaman ona hücum edərək tüfəngini əlindən almağı bacarıblar. Lakin təəssüf ki, cütlük daha sonra açılan atəş nəticəsində həyatını itirib.
Xatırladaq ki, Hanuka bayramı qeyd edilən zaman baş verən hücumda biri terrorçu olmaqla 16 nəfər ölüb. Yaralanan 25 nəfərdən 10-nun vəziyyəti kritik qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






