Şirkətin direktoru qar motosikleti ilə buzun altına DÜŞDÜ: Faciəvi SON – VİDEObackend

Şirkətin direktoru qar motosikleti ilə buzun altına DÜŞDÜ: Faciəvi SON – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda tikinti şirkətinin direktoru qar motosikleti ilə buzun altına düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Gəzintidən qısa müddət əvvəl video paylaşan iş adamı xəstəxanada ölüb, dostu isə hələ də tapılmayıb.

Məlumata görə, hadisə bu gecə Beloyarsk su anbarında baş verib. 29 yaşlı İlya Litomin və 51 yaşlı Sergey Sapeginin olduğu qar motosikleti (sneqoxod) buz qatını qıraraq suya düşüb.

Hadisə yerinə gələn xilasedicilər Sapegini sudan çıxarmağa müvəffəq olublar, lakin o, daha sonra reanimasiya şöbəsində dünyasını dəyişib. İkinci şəxsin axtarışları hələ də davam edir.

Yerli sakinlər qeyd edirlər ki, qışda bu su anbarının üzərində gəzmək və ya hərəkət etmək təhlükəlidir. Yaxınlıqdakı Atom Elektrik Stansiyasından (AES) axıdılan isti sular səbəbindən buz qatı tez-tez nazik olur.

Məlumata görə, Sapegin Yekaterinburqda kiçik tikinti firmasının rəhbəri, Litomin isə Kirjac şəhərindən olan fitnes məşqçisi idi. Gəzintinin üçüncü iştirakçısı faciə zamanı onların yanında olmayıb.

Qeyd edək ki, hadisədən qısa müddət əvvəl dostlardan biri gəzinti zamanı çəkilmiş videonu sosial şəbəkədə paylaşmışdı.

Sergey Sapegi 27 yanvarda ad gününü qeyd etməyi planlaşdırırdı.

Xuraman Etibarlı

İnterpress.az