İspaniyada bir şirniyyatçı yarım ton ağırlığında nəhəng toy tortu hazırlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İspaniyada şirniyyat ustası Mark Suarez Səudiyyə Ərəbistanından olan ailənin sifarişi ilə çəkisi yarım tona çatan nəhəng toy tortu hazırlayıb.
Məlumata görə, şirniyyatçı tortun konsepsiyasını hazırlamağa təxminən bir ay yarım ay sərf edib, daha sonra isə layihəni gerçəkləşdirmək üçün dörd ay çalışıb.
Tortun üzərində 33 min ləçək yerləşdirilib. Hər bir ləçək əl ilə hazırlanıb, rənglənib və daha sonra budaq və çiçək kompozisiyalarında birləşdirilib.
Nəhəng tort Parisdəki Opera Qarnye teatrında anonim qalmaq istəyən səudiyyəli cütlüyün toyunda təqdim olunub.
Xuraman Etibarlı
İnterpress.az






