Slavery Simulator Braziliyanı qarışdırdı: qaradərililəri al, sat və varlanbackend

Slavery Simulator Braziliyanı qarışdırdı: qaradərililəri al, sat və varlan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google” Braziliyada qəzəb doğuran mübahisəli oyun “Slavery Simulator”u tətbiq mağazasından silib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Oyunçulara qara personajları “alıb satmağa” imkan verən proqram aprelin 20-də Magnus Games tərəfindən istifadəyə verilib.

Oyun çərşənbə günü silinməzdən əvvəl mindən çox yüklənib.

Braziliya hələ də 1888-ci ildə ləğv edilmiş köləlik irsi ilə barışmaqda olan bir ölkədir.

Oyunun təsvirində, tərtibatçı istifadəçilərin “qulları dəyişdirmək, almaq və satmaq” ilə öyünür.

Oyunçulara qaradərili personajlara müxtəlif işgəncələr verməyə də icazə verilib.

Oyunun görüntülərinə görə, istifadəçilərə əsarət altına alınan personajları azad etmək, qullardan varlanmaq üçün istifadə etmək, köləliyin ləğvinin qarşısını almaq və sərvət toplamaq seçimi verilib.