Slovakiya XİN rəhbəri: “Üçtərəfli bəyanatın bəndlərini yerinə yetirmək çox vacibdir”backend

Slovakiya XİN rəhbəri: “Üçtərəfli bəyanatın bəndlərini yerinə yetirmək çox vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eskalasiyaya səbəb olacaq istənilən hərəkətlərdən çəkinmək və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirmək vacibdir”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Slovakiyanın xarici işləri naziri İvan Korçok deyib.

O bildirib ki, Avropa İttifaqının üzvü olaraq Slovakiya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməkdə davam edir: “Etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəlmiş son addımları alqışlayırıq”.

Slovakiyanın XİN rəhbəri azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin vacibliyini qeyd edib: “Bu vacib məqamdır. Biz insanların həyatını qorumalı və bədbəxt hadisələrin baş verməsinin qarşısını almalıyıq”.