Slutskinin avtomobili motosikletlə TOQQUŞDU – Sürücü ÖLDÜbackend

Slutskinin avtomobili motosikletlə TOQQUŞDU – Sürücü ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slutskinin avtomobili motosikletçi ilə toqquşub, bir nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Liberal Demokrat Partiyasının, LDPR lideri Leonid Slutskinin avtomobilinin motosikletlə toqquşduğu və nəticədə motosikletçinin öldüyü bildirilir.

Hadisə zamanı Slutskinin avtomobildə olub-olmadığı məlum deyil. Onun telefonuna zənglərə cavab verilmədiyi, köməkçisinin isə əvvəlcə əlaqəyə çıxmadığı qeyd olunur.

Daha sonra Slutskinin köməkçisi qəza ilə bağlı suala cavabında “Hər şey tamamilə qaydasındadır, heç kim xəsarət almayıb” deyib.

Hadisənin digər detalları barədə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az