ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də “patı” varbackend

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də “patı” var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və “patı”, “şüşə” adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda “patı”dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?

Bakı Şəhər Narkoloji Mərkəzin həkim narkoloqu, Almaniyada təcrübə keçən həkim Pərvin Abbaslı narkotikdən asılılığın müalicəsindən danışıb.

O bildirib ki, əsl adı metamfetamin olan “patı” narkotik maddəsinin qəbulu infarkt və insulta, psixoza, hallüsinasiyalara gətirib çıxarır:

“”Patı” narkotik vasitəsi çox təhlükəli sintetik maddədir. Uşaqlarda hiperaktivliyin müalicəsində istifadə olunan “Ritalin”in də tərkibində az miqdarda bu sintetik maddədən olmasına baxmayaraq, metamfetamin ayrılıqda çox zərərli maddədir.

Qeyd edək ki, “Ritalin” preparatı psixostimulyantların qrupuna aid bir dərman məhsuludur”.

Narkoloq bu xəstələrin müalicəsində ilkin olaraq xəstəyə motivasiya verilməli olduğunu söyləyib:

“Narkotik aludəçisi olan xəstəni ilk öncə müalicənin effektivliyinə inandırmaq lazımdır ki, o, müalicə olunmaq istəsin. Çünki istəməsə, biz ona heç cür kömək edə bilmərik. Müalicə bir neçə mərhələdən ibarətdir, medikamentoz dərman vasitəsi ilə, detoksla (yəni bədənin yuyulması mərhələsi) və psixoterapevtik metodlarla yanaşı aparılır. Bundan başqa, sonrakı mərhələlərdə xəstə istəyərsə, reabilitasiya mərkəzlərinə də gedə bilər, seanslarla psixoterapiya dəstəyi də ala bilər.

Bu narkotik vasitəsi sintetik maddə olduğundan fəsadları olduqca təhlükəlidir. Narkomaniya çətin sağalsa da, müalicəsi var. Lakin müalicədə əsas şərt odur ki, çox tez üstünə düşülsün. Geçikmiş hallar daha ağır fəsadlar törədir. Bu səbəbdən xəstə vaxtında müalicə olunarsa, orqanizm daha az, qalıcı olmayan fəsadlarla ötüşə bilər”.

BÜNYAMİN BÜNYADZADƏ

İNTERPRESS.AZ