Şolz Putinlə danışmağa hazır olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Bildirilir ki, Şolz bir daha Rusiyanın Ukrayna üzrə növbəti sülh konfransında iştirakının zəruriliyini, həmçinin Putinlə danışmağa hazır olduğunu bildirib.
“İsveçrənin Bürgenstok şəhərində konfransımız oldu və o, belə bir nəticə ilə yekunlaşdı: bizə başqa bir konfrans lazımdır…
Rusiya da iştirak etməlidir. Ona görə də düzgündür ki, Rusiya prezidenti ilə danışıb-danışmayacağımızı soruşanda biz deyirik: “Bəli, bu doğrudur”, – Şolz deyib.
Xuraman Etibarlı
İnterpress.az