SON DƏQİQƏ: Bu məktəbin müəllim və şagirdlərinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

SON DƏQİQƏ: Bu məktəbin müəllim və şagirdlərinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər üzrə Təhsil İdarəsi (BŞTİ)Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi ilə bağlı açıqlama yayıb.

İnterpress.az xəbər verir ki, açıqlamada deyilir:

“Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib.

İlkin məlumata görə ağır xəsarət alanların olmadığı bildirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.

Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir.

Allah şəfa versin!”.