Hindistanda türk markaları boykot edilir.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin müxalif “Sözcü” qəzeti yazır.
İslamabad və Yeni Dehli arasında gərginliyin artmasında Türkiyənin Pakistana açıq dəstəyindən sonra Hindistan türk mallarını boykot etməyə başlayıb.
Qeyd olunur ki, iri internet mağazalar və marketlər Türkiyənin məşhur brendlərinin məhsullarını sistemlərindən çıxarıb.
Trendyol, LC Waikiki, Koton və Mavi geyim brendlərinə məxsus məhsullar artıq “Stokda bitdi” olaraq nümayiş etdirilir.
Hindistanlı e-ticarət mütəxəssisi vəziyyəti şərh edərkən, “Biz xidmətlərimizi ölkənin dəyərlərinə uyğun olaraq nəzərdən keçiririk” deyib.
Xuraman Etibarlı
İnterpress.az