Spiker İtaliya səfərindən danışdı    backend

Spiker İtaliya səfərindən danışdı    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında İtaliyaya rəsmi səfəri haqqında danışıb.

Parlament sədri Romada keçirdiyi görüşlər və apardığı müzakirələrin uğurlu olduğunu deyib.

Spiker bildirib ki, səfər zamanı keçirilən görüşlərdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji əhəmiyyət daşıdığı vurğulanıb:

“TAP layihəsinin reallaşmasının əhəmiyyəti və bunun Azərbaycanın Avropaya giriş qapısı olduğu bildirilib. Bütün görüşlərdə Vətən müharibəsi barədə İtaliya rəsmilərinə ətraflı məlumat verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yeni dövr başlayıb. Keçirdiyimiz görüşlərdə Ermənistanın mina xəritələrini verməməsi də diqqətə çatdırılıb. Hazırda Azərbaycan suveren hüququndan istifadə edərək Ermənistanla sərhədin delimitasiyasını həyata keçirir. Azərbaycan heç bir maneəyə baxmayaraq, üçtərəfli bəyanatın tam həcmini icra edəcək”.

 

 

İnterpress.az