Zelenski Ağ Evi erkən tərk edib.
İnterpress.az xəbər verir ki, Ukrayna mediası Zelenskinin Ağ Evi erkən tərk etdiyini yazır. Mineral müqaviləsi bağlanmayıb.
İki lider arasında planlaşdırılan mətbuat konfransı ləğv edilib.
Tramp deyib ki, Zelenski sülhə hazır deyil.
“Mən belə qənaətə gəldim ki, Amerika bu işə qarışsa da, prezident Zelenski sülhə hazır deyil.
Çünki o hiss edir ki, bizim iştirakımız danışıqlarda ona böyük üstünlük verir. Mən üstünlüklər istəmirəm, SÜLH istəyirəm.
O, ABŞ-nin Oval Ofisində ona hörmətsizlik göstərdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – Tramp Truth Social-da yazıb.
Xuraman Etibarlı
İnterpress.az