Sumqayıtda zibil qabında tapılan körpənin görüntüləri yayıldıbackend

Sumqayıtda zibil qabında tapılan körpənin görüntüləri yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda “Yaşıldərə” yaşayış massivində zibil qabından tapılan uşağın vəziyyəti açıqlanıb.

Respublika Perinatal Mərkəzindən  bildirib ki, uşaq hamiləliyin 30-35 həftəliyində doğulub:

“Boyu 40 santimetr, çəkisi 1,660 kiloqramdır. Körpənin vəziyyəti orta ağırdır. Onun müalicəsi yeni və yarımçıq doğulmuşlar şöbəsində aparılır”.

Qeyd edilib ki, körpə enteral (enteral qidalanma ağızdan və ya birbaşa mədə və ya kiçik bağırsağa gedən bir borudan alınan qidalanma deməkdir. Tibbi baxımdan enteral qidalanma termini ən çox boru qidalanması deməkdir) qidalandırılır.

Xatırladaq ki, ötən gün Sumqayıtda “Yaşıldərə” yaşayış massivində sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edib.