Britaniyada sürgün olunmuş aktivist qadın süni intellektlə şantaj edilir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Böyük Britaniyada yaşayan tanınmış çinli aktivisit Karmen Lau cinsi xarakterli təqib kampaniyasının hədəfinə çevrilib. Məlumata görə, onun qonşularına Çindən məktublar göndərilib.
Zərflərin içərisində Launun süni intellektlə hazırlanmış saxta çılpaq fotoları və guya intim xidmətlər təklif etdiyinə dair yalan məlumatlar yer alıb.
Britaniya polisi faktla bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, 30 yaşlı Karmen Lau dörd il əvvəl Honkonqdan qaçıb.
Xuraman Etibarlı
İnterpress.az






