Suriya həbsxanasından bir foto hər kəsi şoka salıb.
İnterpress.az xəbər verir ki, Suriyada Əsəd rejimi dövründə onlarla mərkəzdə, o cümlədən Sednaya həbsxanasında minlərlə insan işgəncələrə məruz qalıb.
2011-ci ilin martında Suriyada xalq üsyanı başlayandan bəri süqut edən Baas rejimi minlərlə insanı işgəncə ilə öldürüb.
Bu rəqəmin on minlərlə ola biləcəyi ilə bağlı qorxular var.
Suriya İnsan Haqları Təşkilatının (SNHR) məlumatına görə, devrilmiş rejimin qüvvələri vətəndaş müharibəsi boyu azı 1,2 milyon suriyalını saxlayıb və onlara işgəncə verib.
Anadolu Agentliyi (AA) Suriyada 61 ildən sonra süqut edən Baas rejiminin işgəncə mərkəzləri və üsullarından ibarət toplu hazırlayıb.
Rejimin müxalifətçiləri saxlayıb işgəncə verdiyi mərkəzlər mülki həbsxanalar, hərbi həbsxanalar, gizli qeyri-rəsmi təcridxanalar və nəhayət, təhlükəsizlik təcridxanası və sorğu-sual mərkəzlərinə bölünür.
Ölkənin demək olar ki, bütün əyalətlərində 50-dən çox belə mərkəz yaradılıb.
Xuraman Etibarlı
İnterpress.az