Suriya-İraq sərhədində partlayış baş verib, Müdafiə Nazirliyinin avtomobili hədəf alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb.
Suriya ilə İraq sərhədində yerləşən Əl-Bukamal şəhərində partlayış baş verib. Məlumata görə, Suriya Müdafiə Nazirliyinə məxsus avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.
Hadisənin təfərrüatları, partlayışın konkret səbəbləri və xəsarət alanların sayı barədə hələlik rəsmi məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






