Suriyada İŞİD liderlərindən biri saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə Suriyanın “North Press” xəbər agentliyi məlumat yayıb
Suriya Demokratik Qüvvələrinin (SDQ) əməliyyatı zamanı Suriyanın şimalındakı Əl-Kərəmə şəhərində İŞİD lideri Fayez Abid əl-Məhəmməd saxlanılıb.
Onun “regionda mülki şəxslərə, hərbi və mülki xidmət obyektlərinə qarşı terror hücumlarının planlaşdırılması və hazırlanmasına” cavabdeh olduğu qeyd edilir.
SDF (“Suriya Demokratik Qüvvələri”) 2015-ci ildə ABŞ-ın rəhbərlik etdiyi Suriyada beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan hərbi ittifaqdır.
Alyansın nüvəsini Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd terror təşkilatı YPG təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az