Tailandda spirtli içkilərlə bağlı 50 illik qadağa LƏĞV EDİLDİbackend

Tailandda spirtli içkilərlə bağlı 50 illik qadağa LƏĞV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailandda spirtli içkilərlə bağlı 50 illik qadağa ləğv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Nahar vaxtı tətbiq edilən satış məhdudiyyəti aradan qaldırılıb, yeni qaydalar sınaq müddətində yoxlanılacaq.

Məlumata əsasən, Tailandda 50 ildən çox əvvəl tətbiq edilən nahar vaxtı spirtli içkilərin satışına qoyulan qadağa ləğv olunub. Bu məhdudiyyət saat 14:00-dan 17:00-a qədər olan dövrü əhatə edirdi.

Yeni qaydalar sınaq rejimi olaraq 6 ay müddətinə tətbiq ediləcək. Bu müddət bitdikdən sonra Alkoqol dövriyyəsinə nəzarət komitəsi dəyişikliklərin nəticələrini qiymətləndirəcək.

Qeyd edək ki, gündüz saatlarında spirtli içki satışına məhdudiyyət 1972-ci ildə tətbiq edilmişdi. Həmin vaxt bu qərarın əsas məqsədi dövlət qulluqçularının iş yerində spirtli içki qəbul etməsinin qarşısını almaq idi.

Xuraman Etibarlı

İnterpress.az