Moskvada taksi sürücü 3 milyonluq cinayətin üstünü açıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva vilayətində Timofey adlı taksi sürücüsü bir qız müştəri qəbul edib. Sərnişin nənəsinə baş çəkməyə getdiyini bildirsə də, geri qayıdarkən əlində şübhəli paket olub.
Sürücünün “İçində nə var?” sualına qız “Nənəmdən suvenirlərdir” cavabını verib. Timofey buna inanmayaraq avtomobili ən yaxın polis patrulu yanında saxlayıb.
Baxış zamanı sərnişinin paketindən hədiyyə əvəzinə 3 milyon rubl (təxminən 64 537 manat) nağd pul və qızıl zinət əşyaları aşkar edilib.
Hadisədən az sonra dələduzlar sürücünü taparaq, onun qızına və ailəsinə qarşı təhdid mesajları yazmağa başlayıblar.

Xuraman Etibarlı
İnterpress.az






