Tamam Cəfərova: Dövlət başçımız pandemiya dövründə də regionlara səfərlərini davam etdirdibackend

Tamam Cəfərova: Dövlət başçımız pandemiya dövründə də regionlara səfərlərini davam etdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər regionlarımızın sosial-iqtisadi, infrastruktur inkişafı baxımından diqqət mərkəzində saxlanması, bu istiqamətdə layihələrin reallaşdırılması ənənə halını  almışdır. Maraqlı məqam isə odur ki, dünyada qlobal koronavirus pandemiyası hökm sürdüyü bir dövrdə belə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva regionlarımıza diqqət və qayğılarını əsirgəmədilər.

 

Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

 

Deputat qeyd edib ki, dövlət başçımız və Birinci vitse-prezidentimizin mayın 25-də Şamaxı rayonuna səfərə gəlməsi, əhalinin rifah halının yüksəldilməsi üçün nəzərdə tutulan bir sıra irimiqyaslı layihələrin açılışında iştirak etmələri, dini-mənəvi abidələrin restavrasiyasına böyük diqqət ayırmaları və digər tədbirlər belə həssas günlərdə  regionlarımıza dövlət qayğısının daimi olmasını bir daha təsdiqlədi. Biz  bu inkişafın nəticələrini Azərbaycanın bütün bölgələrində hiss edir və görürük. Hansı rayona getsək, modernləşmənin, infrastruktur layihələrinin ərsəyə gəldiyinin müsbət, ürəkaçan nəticələrinin şahidi oluruq.  Bu dəyişikliklər təkcə zahirən aparılmır, həm də vətəndaşların həyat səviyyəsinin artmasında, yeni iş yerlərinin açılmasında, sakinlər üçün hər cür şərait yaradılmasında  özünü göstərir. Bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti üçün insan kapitalı ilə bağlı olan seqmentin maraqları, sosial-iqtisadi layihələr ön plandadır və hətta belə həssas zaman kəsiyində belə bu addımlar təxirə salınmır.

 

T.Cəfərova bildirib ki, cənab Prezidentin və Birinci vitse-prezidentin vaxtaşırı olaraq bütün bölgələrə, o cümlədən Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxıya ardıcıl səfərləri diqqət və qayğının sistemli xarakter aldığını sübut edir. Xüsusilə, Ramazan bayramı günlərində dövlət başçısının bu səfəri, sakinlərin sevincinə səbəb oldu.  Prezident və birinci xanım tərəfindən Şamaxı rayonunun infrastrukturun daha da gözəlləşməsi,  böyük layihələrin reallaşması əhalinin rifah halının yüksəlmsəsinə, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə növbəti töhfə oldu.

 

İnterpress.az