Çin zooparkında ac ayı təlimçisinə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Fənddən sonra yemək verilməyən yırtıcı qisas almaq qərarına gəlib, işçi ağır yaralanıb.
Hadisə Çindəki zooparklardan birində tamaşa zamanı baş verib. Ac ayı çıxış vaxtı təlimçisinə hücum edib.
Məlumata görə, yırtıcı heyvan etdiyi fənddən sonra mükafat olaraq şirniyyat (yem) istəyib, lakin qarşılığında heç nə almayıb. Bundan qəzəblənən ayı qisas almaq qərarına gələrək kişiyə hücum çəkib.
Zoopark əməkdaşı aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az






