Tayvan Çin ticarət gəmisini sualtı kabeli “qırdığı” üçün saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Tayvan mediası məlumat yayıb. Bildirilir ki, Tayvanın sualtı kabeli zədələnib və internet rabitəsi itib.
Bu məsələdə Tayvan Çini günahlandırır.
Buna görə də Tayvan Sahil Mühafizəsi Çin ticarət gəmisini sualtı kabeli qırdığı üçün saxlayıb.
Xuraman Etibarlı
İnterpress.az