Tbilisi meri Azərbaycan tərəfinin müraciətini təmin edib – FOTObackend

Tbilisi meri Azərbaycan tərəfinin müraciətini təmin edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Botanika bağında görkəmli azərbaycanlıların panteonuna üç nöqtədə istiqamət göstərici lövhələr quraşdırılıb.

Bu vaxtadək bu cür lövhələr olmayıb və ziyarətçilər panteonun yerləşdiyi məkanı tapmaqda çətinlik çəkirdilər.

Səfir Faiq Quliyev Tbilisi meri Kaxa Kaladze ilə bu ilin fevralında keçirdiyi görüşdə həmin məsələni diqqətə çatdırıb.

Görüşdən sonra merin göstərişi ilə Nəbatət bağında məlumatlandırıcı-göstərici nişanların dirəklərinə üzərilərində gürcü və ingilis dillərində “Azərbaycanın görkəmli ictimai xadimlərinin panteonu” sözünün yazıldığı lövhələr əlavə edilib.

Qeyd edək ki, panteonda görkəmli dövlət xadimləri – Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətləri – Mirzə Fətəli Axundzadə (ailə üzvləri ilə birgə) və Mirzə Şəfi Vazeh dəfn olunub. Botanika bağı ərazisindəki məzarlıq barədə məlumat indiyədək yalnız məlumatlandırıcı lövhələrdə və kiçik xəritələrdə yer alıb.

 

 

İNTERPRESS.AZ