Tbilisi merinin müavini AXC-nin elan edildiyi binanın bərpasından danışıb – FOTObackend

Tbilisi merinin müavini AXC-nin elan edildiyi binanın bərpasından danışıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqillik bəyannaməsinin oxunduğu hazırkı Milli Gənclər Sarayının binasında aparılan bərpa işləri 2023-cü ilə qədər tamamlanacaq.

Bu barədə Tbilisi merinin müavini İrakli Bendeliani “İmedi” telekanalına müsahibəsində bildirib.

O, əsaslı bərpa və yenidənqurma layihəsinin ümumi dəyərinin təqribən 33 milyon lari (17,8 milyon AZN) təşkil etdiyini deyib:

“Biz hamımız Milli Gənclər Sarayının tarixi və statusu barədə məlumatlıyıq. Hər güclü yağış yağanda binanın dam örtüyü su buraxırdı və bu səbəbdən infrastruktur zədələnib. Tikilinin bərpasından sonra şəhərimizə yeni görkəm alacaq daha bir mühüm əhəmiyyətli abidə əlavə olunacaq”.

Qeyd edək ki, Gürcüstanın mədəni irs abidəsi olan tarixi binanın bərpasına bu ilin mart ayından başlanılıb.

 

 

BÜNYAMİN BÜNYADZADƏ

İnterpress.az