TƏBİB-in şöbə müdiri: “Koronavirusa qarşı ÜST-ün təsdiqlədiyi peyvənddən istifadə olunmalıdır”backend

TƏBİB-in şöbə müdiri: “Koronavirusa qarşı ÜST-ün təsdiqlədiyi peyvənddən istifadə olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə bütün dünyanı bu gün maraqlandıran COVİD-19-a qarşı olan peyvənddir”.

İnterpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır: “Koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır”.

 

İnterpress.az