TƏCİLİ: Sensasion hadisə: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandıbackend

TƏCİLİ: Sensasion hadisə: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

İnterpress.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Əldə etdiyimiz xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.