Təl-Əvivdə 7 nəfərin həlak olduğu terror aktına görə məsuliyyəti HƏMAS üzərinə GÖTÜRDÜbackend

Təl-Əvivdə 7 nəfərin həlak olduğu terror aktına görə məsuliyyəti HƏMAS üzərinə GÖTÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təl-Əvivdəki terror aktına görə məsuliyyəti HƏMAS öz üzərinə götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilir ki, Təl-Əvivdə 7 nəfərin, o cümlədən Gürcüstan vətəndaşının həlak olduğu terror aktına görə məsuliyyəti HƏMAS öz üzərinə götürüb.

16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onların arasında Ukrayna vətəndaşı da var.

Xatırladaq ki, oktyabrın 1-də naməlum şəxslər Təl-Əviv sakinlərinə odlu silahla hücum ediblər. Nəticədə 7 nəfər həlak olub, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum edənlərin İordan çayının qərb sahilinin Hebron şəhərinin sakinləri olduğu müəyyən edilib. Onlardan biri məhv edilib, polislə toqquşma zamanı yaralanan ikincisi saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az