Telegram Ukraynada RT kanalını bloklayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “Telegram” messencerində “Russia Today” (RT) kanalı Ukraynada yerli qanunvericiliyi pozmaqda ittiham edilərək bloklanıb.
RT ilə əlaqəli bəzi kanallar da bloklanıb, lakin kanalın rəhbəri Marqarita Simonyanın hesabına daxil olmaq mümkün olaraq qalır.
“Ukrayna mediası yazır ki, “yerli qanunvericiliyin pozulmasına görə”, nəyin pozulduğu dəqiqləşdirilməyib”, – RT Telegram kanalında deyilir.
Xuraman Etibarlı
İnterpress.az