Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə güney mövzusunda bir araya gəldi – FOTOLARbackend

Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə güney mövzusunda bir araya gəldi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə media kapitanları və nümayəndələri səhər yeməyi ziyafətində bir araya gəliblər.

İnterpress.az xəbər verir ki, ziyafətdə Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İnterpress” Media Qrupunun rəhbəri Toğrul Allahverdili, “BakuPost” saytının baş redaktoru Elçin Zahiroğlu,”Veteninfo.az” saytının rəhbəri Nahid Canbaxışlı, “Report” informasiya Agentliyinin əməkdaşı Səid Qərib, “Xalq” qəzetinin yazarı, newsmedia.az saytının baş redaktoru Anar Turan, “Medianews.az” saytının baş redaktoru Xəyalə Rəis və digərləri iştirak ediblər.

Qeyri-rəsmi görüşdə Güney Azərbaycan mövzusu ətrafında müzakirələr aparılıb, yaxın gələcəkdə Güney Azərbaycan Cümhuriyyətinin qurulmasının mümkünlüyü ifadə olunub.

Eyni zamanda tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə güneyli soydaşlarımızın haqq və hüquqlarının bütün platformalarda daim müdafiə olunacağı barədə səsləndirdiyi fikirləri təqdir edilib.

İştirakçılar Güney Azərbaycanın gələcəyi barədə yaxın vaxtlarda böyük əhəmiyyətli tədbir və konfransların keçirilməsi ilə bağlı təkliflər irəli sürüb, bunun çox zəruri olduğunu vurğulayıblar.

Həmçinin ziyafətdə son vaxtlar Azərbaycan cəmiyyətini narahat edən digər məsələlər də müzakirə edilib, fikirlər səsləndirilib.

Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə keçirilən görüşün davam davamlı olması digər media mənsubları və beyin mərkəzləri rəhbərləri ilə keçirilməsi nəzərdə tutulub.