Tənzilə Rüstəmxanlı: “Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”backend

Tənzilə Rüstəmxanlı: “Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Tenzilerustemhanli.az xəbər verir ki, millət vəkili paylaşımında Anım Gününün xalqımızın qəhrəmanlıq salnaməsinin, Vətən sevgisinin və müqəddəs şəhidlik zirvəsinin rəmzi olduğunu bildirib.

Tənzilə Rüstəmxanlı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edib.

Qeyd olunub ki, şəhidlərin qəhrəmanlığı sayəsində bu gün üçrəngli bayrağımız azad torpaqlarımızda qürurla dalğalanır:

“Şəhidlərimizin bizə əmanət etdiyi Vətən, onların müqəddəs xatirəsi və göstərdikləri şücaət daim qəlbimizdə yaşayacaq.

Vətən uğrunda canından keçən hər bir qəhrəmanımız qarşısında baş əyir, ailələrinə səbir diləyirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şəhidlərimizin ruhu qarşısında ehtiramla…”