Dağıstanın 4 sakini terror icması təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saxlanılanlar 35-41 yaş arası Dərbənd, Süleyman-Stalski və Dərbənd rayonlarının sakinləridir. Onlara qarşı terror təşkilatında iştirak maddəsi ilə iş açılıb.
Müstəntiqlərin fikrincə, aprel-avqust aylarında həmin şəxslər Dərbənddə terror icmasının yaradılmasında iştirak edib və onu maliyyələşdiriblər.
Cinayətlərin üstü oktyabrın əvvəlində həmin maddə ilə 4 respublika sakini barəsində başlanmış daha bir işin istintaqı zamanı açılıb.
Xuraman Etibarlı
İnterpress.az