Rusiyalı gənc “TikTok”a baxıb öz qanını içib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Gümrahlaşmaq istəyən 17 yaşlı oğlan reanimasiyaya düşüb, onu psixiatra yönləndiriblər.
Məlumata görə, 17 yaşlı moskvalı gənc sosial şəbəkələrin, xüsusilə də “TikTok”un qurbanı olub. O, internetdə gördüyü “faydalı məsləhətlərə” (layfxaklara) inanaraq, öz qanını içməyin ona gümrahlıq gətirəcəyini düşünüb.
Yeniyetmə özündən qan götürüb və onu birnəfəsə içib. Lakin nəticə gözlənilənin tam əksi olub.
Gənci reanimasiyada xilas etmək lazım gəlib. Belə ki, qanı içdikdən qısa müddət sonra o, qan qusmağa başlayıb və hərarəti kəskin yüksəlib.
Xoşbəxtlikdən həkimlər gəncin həyatını xilas edə biliblər. Lakin bildirilir ki, fiziki müalicədən sonra onun psixiatra müraciət etməsi lazım gələcək.
Xuraman Etibarlı
İnterpress.az






