Tolik müğənni Hissə belə dərs keçdi: “Heç adını çəkməyəcəklər”backend

Tolik müğənni Hissə belə dərs keçdi: “Heç adını çəkməyəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış prodüser Tarix Əliyev (Tolik) son zamanlar qalmaqalla gündəmə gəlmək istəyən müğənni Hissə dərs keçib.

Yenisabah.az xəbər verir ki, MTV telekanalında qonaq olan prodüser ifaçının səhv yolda olduğunu bildirib:

“Mən müğənnilər tanıyıram ki, jurnalistlərə “Whatsapp”dan mahnılarını yollayırlar ki, səhifəndə bunu paylaş, reklam elə, kartına pul atım. Bununla reklam olunurlar, sonra da çıxıb deyirlər ki, TV proqramlara, saytlara pul vermirik, özləri bizdən yazırlar. “Hiss” adı ilə tanınan Röya xanım da ola bilsin ki, “Youtube”da, “İnstagram”da trenddə olsun, amma Azərbaycanda telekanallarında olmayan get-gedə yaddan çıxır. Sosial şəbəkələrdə telekanallar haqqında mənfi şeylər yazmaq, “hansısa xalq artisti yolumu kəsir” demək düzgün deyil. Bu gün sənin ətrafında olan müğənnilər deyir ki, bunu yaz, onu yaz, amma sabah onlar efirə çıxanda heç sənin adını çəkməyəcəklər. Mən sənə uğurlar arzu edirəm, Hiss”.