Tramp bu gün Putinlə telefonla danışmaq istəyir. Rusiyanı telefon danışığından əvvəl sanksiyalarla hədələyib.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gün Vladimir Putinlə Ukraynadakı müharibə ilə bağlı danışmağı planlaşdırır.
Onun sözlərinə görə, söhbət “qırğına” son qoyulmasından gedəcək. Bu söhbətdən sonra o, Ukrayna prezidenti Volodimir Zelenski və NATO tərəfdaşları ilə əlaqə saxlamaq niyyətindədir.
Bu fonda ABŞ və Avropa Kremlə təzyiqləri artırır.
“Britaniya, ABŞ, Almaniya, Fransa və İtaliya liderləri telefon danışığında Rusiya atəşkəs və sülh danışıqlarını ciddi qəbul etməsə, sanksiyaları müzakirə ediblər”, – Britaniya hökumətinin sözçüsü gecə saatlarında bildirib.
Britaniyanın PA xəbər agentliyinin məlumatına görə, söhbətdə kansler Fridrix Merts, Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron, Donald Tramp və İtaliyanın baş naziri Giorgia Meloni iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az