Tramp hər dəfə yuxuya gedəndə elektrik şokundan ayılır.
İnterpress.az xəbər verir ki, bu iddia sosial şəbəkələrdə yayılıb.
ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı mürgüləməsi sosial şəbəkələrdə qeyri-adi iddiaların yayılmasına səbəb olub.
Məlumata görə, Tramp autizm və uşaqlıq peyvəndləri ilə bağlı çıxışı zamanı bir anlıq yuxulayıb.
Videoda bir qızın əlini qarnına qoymasından dərhal sonra prezidentin gözlərini açdığı görünür.
Sosial şəbəkə istifadəçiləri qızın qarnında gizli “şok düyməsi” olduğunu və Tramp yuxulamasın deyə ona elektrik cərəyanı verdiyini iddia edirlər.
Qıza artıq “Elektrik şoku əsgəri” ləqəbi verilib.
Bu iddiaların həqiqiliyini təsdiqləyən hər hansı rəsmi məlumat yoxdur.
Xuraman Etibarlı
İnterpress.az






