Tramp komandası Bayden və Ukrayna hakimiyyəti ilə atəşkəsi müzakirə edir.
İnterpress.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Məlumata görə, Donald Trampın komandası prezidentliyinin ilk günündə atəşkəsə nail olmağı qarşısına məqsəd qoyan Ukraynada müharibənin mümkün sona çatması ilə bağlı danışıqlar aparır. Amma hələ ki, Ukrayna hökumətinə konkret planlar təqdim edilməyib.
Mənbələr qeyd edir ki, Tramp Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki hazırkı uğurlarına görə Ukraynadan daha çox Kremlin mövqeyində çətinliklər görür.
Eyni zamanda, Tramp komandası yəqin ki, Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləməyəcək, lakin alyansın bəzi ölkələrinin təhlükəsizlik zəmanətləri nəzərdən keçirilir.
Xuraman Etibarlı
İnterpress.az