Tramp Maduroya “QAPI AÇIR” – Venesuela lideri Moskvaya SIĞINA BİLƏRbackend

Tramp Maduroya “QAPI AÇIR” – Venesuela lideri Moskvaya SIĞINA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp və Maduro danışıqlarının təfərrüatları bəlli olub.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın “CNN” telekanalı məlumat yayıb. Respublikaçı senator Maduronun sığınacaq yeri kimi Rusiyanın müzakirə edildiyini açıqlayıb.

Məlumata əsasən, Venesuela liderinin Rusiyadan sığınacaq istəyə biləcəyi barədə şayiələr artmaqdadır.

Ötən həftə ABŞ prezidenti Donald Trampın Nikolas Maduro ilə telefonla danışdığı məlum olub.

Amerika mətbuatının yazdığına görə, Tramp istefa verəcəyi təqdirdə Maduroya ölkədən təhlükəsiz çıxış təmin edəcəyini vəd edib.

Ağ Ev telefon danışığı faktını təsdiqləsə də, Tramp detalları açıqlamaq istəməyib: “Danışığın yaxşı və ya pis keçdiyini deməzdim. Bu, sadəcə bir telefon zəngi idi”.

Bu açıqlamadan sonra respublikaçı senator Markveyn Mallin “CNN”ə bildirib ki, danışıqlar zamanı Maduronun sürgünə gedəcəyi təqdirdə üz tuta biləcəyi ölkə kimi Rusiya müzakirə olunub.

Nəşr qeyd edir ki, Moskva Havanadan Karakasadək Latın Amerikasındakı avtoritar liderlərin himayədarı hesab olunur.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl devrilmiş Suriya lideri Bəşər Əsədi və ailəsini də qəbul etmişdi.

Xuraman Etibarlı

İnterpress.az