Trampın İLK PLANI: Ukrayna və Rusiyanı danışıqlar masasına gətirməkbackend

Trampın İLK PLANI: Ukrayna və Rusiyanı danışıqlar masasına gətirmək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp prezident kimi ilk həftəsində Ukrayna və Rusiyanı danışıqlar masası arxasına çəkmək istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evdə vəzifəsinin icrasına başladıqdan dərhal sonra Rusiya və Ukraynanı “danışıqlar masasına gətirməyi” planlaşdırdığını bildirib.

AP-nin Trampın mətbuat katibi Karolin Livittə istinadən yazdığı kimi, prezident işinin ilk həftəsində onlarla fərman verəcək.

“İlk həftədə nə qədər icra sərəncamı olacaq? Onlarla olacaq. Mən sizi buna əmin edə bilərəm”, – Livitt deyib.

“Bura birinci gündə Ukrayna və Rusiyanı bu müharibəyə son qoymaq üçün danışıqlar masasına gətirmək daxildir” deyib.

Xuraman Etibarlı

İnterpress.az